Dünyanı təsir edən koronavirusun (Kovid-19) ən çox təsirləndiyi ölkələrdən biri olan İspaniyada qocalar evində yaşayan yaşlı cütlük uzun müddətdən sonra qovuşublar.
Unikal.org xəbər verir ki, 84 yaşlı Paskal Perez pandemiya səbəbiylə ayrı düşmüş həyat yoldaşı 81 yaşlı Agustina Canameronu 102 gündən sonra görüb. Cütlüyün 3 aydan çox müddətdən sonra yenidən birləşmə anları sosial mediada gündəm yaradıb.
Belə ki, bütün dünyaya təsir göstərən koronavirus yüz minlərlə insanın ölümünə səbəb olsa da, virusdan qorunma çərçivəsində tətbiq olunan sosial məsafə emosional anlar yaşadıb. Koronavirusun ən çox təsirləndiyi ölkələrdən biri olan İspaniyanın Barselona şəhərində qocalar evində yaşayan cütlüyün görüşmə anı hər kəsi duyğulandırıb.