Rusiyada son sutkada daha 7 113 nəfərə COVID-19 diaqnozu qoyulub.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 613 994 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə daha 92 nəfər artaraq 8 605-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 375 164 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 885 nəfər.