“Google” şirkəti istifadəçilərin “tarixiçə”sini (“History”) avtomatik format edən funksiya işləyib hazırlayıb.
Unikal.org bildirir ki, bu barədə şirkətin Baş direktoru Sundar Piçai özünün bloqunda yazıb.
Bildirilir ki, il yarım keçdikdən sonra müştərilərin axtarış tarixçəsi, geolokasiya və səs komandaları silinəcək. Lakin istifadəçilər müstəqil surətdə topladıqları məlumatları “Mənim “Google”da fəaliyyətim” səhifəsində izləyə və silə bilərlər.
Lakin “Google”la məxsus olan “YouTube” videohostinqində məlumatlar üç il müddətində saxlanılacaq.