ABŞ-ın paralimpiyaçı avarçəkəni Anjela Medsen dünyasını dəyişib.
Unikal.org "The Guardian"a istinadən xəbər verir ki, idmançı təkbaşına Sakit okeanı qayıqla keçməyə çalışıb. Sahil mühafizəçisi onu ölü halda aşkarlayıb. Həmin vaxt idmançının bədəni qayığa bağlı vəziyyətdə olub.
O, Sakit Okeanı keçən ilk qadın paralimpiyaçı olaraq, rekord müəyyənləşdirmək istəyib. Medsen bunu bacarsaydı, ən yaşlı qadın kimi nəticə göstərmiş olacaqdı.
Qeyd edək ki, Anjela Medsen paralimpiyaçılar arasında üçqat dünya çempionudur. Tanınmış idmançı nüvə itələmə növündə də çıxış edib və 2012-ci il London Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı olub.