Türkiyənin Van əyalətinin Özalp rayonunda 5,4 bal gücündə zəlzələ baş verib.
Unikal.org "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Hallar İdarəsi açıqlama yayıb.
Bildirilib ki, zəlzələnin ocağı 6,9 km dərinlikdə yerləşib.
Van valisi Mehmet Emin Bilmez zəlzələnin mərkəzi olan Özalpda dağıntının olmadığını açıqlayıb. Vali həmçinin bildirib ki, bir neçə kənddə evlərə ziyan dəydiyi ehtimal edilir.