Londonun məşhur Milli Qalereyasında nümayiş etdirillən Osmanlı şahı Fateh Sultan Mehmetin orjinal portreti hərraca çıxarılacaq.
Unikal.org xarici KİV-lərə istinadən xəbər verir ki, qeyd edilən əsər Fateh Sultan Mehmetə aid olan və günümüzə qədər gələn üç orjinal portretdən biridir. Əsər 1480-ci ildə venesiyalı rəssam Bentile Bellini tərəfindən çəkilib.
Bildirilir ki, sözü gedən portretin hələ iki ay öncə hərraca çıxarılması planlaşdırılmışdı, lakin koronavirus pandemiyası səbəbi ilə proses ləngidilir.