Belarusda son sutkada COVID-19 virusuna daha 437 nəfər yoluxub, bununla da xəstələrin ümumi sayı 60 382 nəfərə, ölənlərin sayı isə 5 nəfər artaraq 367-yə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bundan əvvəl gündəlik yoluxma sayı arada 973 nəfərə çatmışdısa da, son günlər həmin göstərici 500 nəfərdən azdır.