Yaponiyanın cənub-şərqindəki Yamato şəhərində gəzinti zamanı mobil telefondan istifadə qadağan edilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, n Yamato şəhərində gəzinti edərkən cib telefonlarından istifadəsi şəhər məclisi qaydaları ilə qadağan edilib.
Yanvar ayında şəhərin iki hissəsində aparılan ictimai sorğu, piyadaların təxminən 12 faizi gəzinti zamanı telefondan istifadə etdiyini ortaya qoyub.
Tədqiqatlardan sonra, iyun ayının əvvəlində şəhər məclisinə təqdim edilmiş tənzimləmə qərarı verilib. Qərara görə, küçə və park kimi ictimai yerlərdə telefondan istifadə edə bilən piyadalar nəqliyyatın hərəkətinə mane olmayacaq yerlərdə dayanacaqlar.