Hindistanda güclü yağışlar zamanı şimşək çaxması nəticəsində 23 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Hökumət rəsmisi Upendra Pal verdiyi açıqlamada, ildırımın təsirli olduğu Bihar əyalətinin Gopalganj bölgəsindəki fermalarda işləyən 23 nəfərin ildırım vurması nəticəsində öldüyünü və 10 nəfərin ağır yaralanaraq ərazidəki xəstəxanaya yerləşdiyi barəsində məlumat verib.
Qeyd edək ki, şiddətli yağışlar zamanı şimşək çaxması 2019-cu ilin iyul ayında Biharda 39 nəfərin ölümünə səbəb olmuşdu.
Bildirək ki, Cənubi Asiyada iyun-sentyabr ayları arasında təsirli olan Musson yağışları hər il geniş miqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.