Tanzaniyada Saniniu Laizer adlı mədənçi ölkə tarixinin bu günə qədərki iki ən böyük tanzanit daşını taparaq, bir gecədə milyonçu olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, daşlardan birinin ağırlığı 5,8, digəri isə 9,2 kiloqram ağırlığındadır. Laizer qiymətli daşları 3,4 milyon dollara Mədən Nazirliyinə satıb. Ölkə başçısı Con Maqufuli bu münasibətlə Laizeri təbrik edib.
 
Laizer qazandığı pulla ticarət mərkəzi və yaşadığı bölgədə məktəb tikmək niyətində olduğunu deyib:

"Məktəbi evimin yaxınlığında tikdirmək istəyirəm. Buralarda uşaqlarını məktəbə göndərməyə pulu çatmayan çox sayda kasıb insan var. Mən özüm təhsilli deyilən, amma işlərimin professional şəkildə idarə edilməsini istəyirəm".

Varlanmasına baxmayaraq əvvəlki həyat tərzini dəyişdirməyəcəyini deyən Laizer 2 minə yaxın olan inəklərinə baxacağını bildirib. 52 yaşlı mədənçinin dörd arvadı və 30-dan çox uşağı var.

Qeyd edək ki, Laizerdən əvvəl indiyə qədər ölkədə tapılan ən böyük tanzanit daşı 3,3 kiloqram olub.