Son sutka ərzində Pakistanda yeni növ koronavirusdan (COVID-19) 148 xəstə dünyasını dəyişib və ölənlərin ümumu sayı 3903 nəfər olub.

Unikal.org Pakistan mətbuatına istinadla xəbər verir ki, bu müddətdə ölkədə koronavirusa yoluxanların sayı 4044 xəstə artıb və 192 min 970 nəfərə çatıb.

Məlumatda bildirilir ki, 24 saat ərzində virusdan 3553 xəstə sağalıb, evə yazılanlar 81 min 307 nəfər olub. Xəstəxanalarda hazırda 107 min 760 nəfər müalicə alır, onlardan 3003 xəstənin vəziyyəti ağırdır.