Ukraynada ötən gün rekord sayda – 1 109 yoluxma faktı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Nazirliyi açıqlayıb.
Məlumata görə, Şərqi Avropa ölkəsində qeydə alınmış yoluxma hallarının sayı 41 117-yə yüksəlib.
Bildirilib ki, Ukraynada son 24 saatda pandemiya qurbanlarının sayı daha 19 nəfər artaraq 1 086-ya çatıb. Bundan başqa, indiyədək 18 299 nəfər virusdan sağalıb.
Qeyd edək ki, iyunun 25-nə olan məlumata görə, Ukraynada 944 yeni yoluxma faktı qeydə alınmışdı.