Türkiyənin Manisa, İstanbul, Bursa, İzmir və Çanaqqala şəhərlərində 5,5 bal gücündə zəlzələ olub.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin episetri Manisa şəhərinin Saruhanlı rayonunda olub.
Dağıntı və itkilər barədə məlumat verilmir.