Misirdə COVID-19-a yoluxanların sayı 60 min nəfəri keçib.
Unikal.org xəbər verir ki, bu ölkənin Səhiyyə Nazirliyi iyunun 25-də yeni növ koronavirusa daha 1569 nəfərin yoluxduğunu bildirib. Qeyd olunub ki, yoluxanların ümumi sayı 61130 nəfərdir. Bundan başqa, son sutka ərzində koronavirusdan 83 nəfər vəfat edib və həyatını itirənlərin sayı 2533-ə çatıb. Məlumatda bildirilib ki, iyunun 25-də karantin xəstəxanalarında 403 pasiyent sağalıb.
Misirdəki Azərbaycan diasporundan AZƏRTAC-a bildiriblər ki, bu ölkədə aktiv karantin rejiminin davam etdiyi son üç ay müddətində azərbaycanlılardan heç biri COVID-19-a yoluxmayıb.