Almaniyada dönərxanalardan birində işləyən 17 nəfərin koronavirus testi pozitiv çıxıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dönər əti hazırlayan şirkətin işçilərindən 17 nəfərdə koronavirus aşkarlanıb. Nəticədə şirkət bir müddətlik bağlanıb. Hadisə Almaniyanın Duysburq şəhərindəki Türk şirkətində baş verib.
Qeyd edək ki, sözü gedən ölkədə 193 mindən çox insan koronavirusa yoluxub, 9 min 12 nəfər bu virus səbəbindən dünyasını dəyişib.