ilk dəfə olaraq açıq kosmosa turistlər 2023-cü ildə çıxacaqlar.
Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın “Roskosmos” şirkətinin saytında məlumat verilir.
Məlumata əsasən, bununla bağlı saziş artıq Rusiyanın “Enerji” və ABŞ-ın kosmik turizmin inkişaf etdirilməsi ilə məşğul olan “Space Adventures Inc.” şirkətləri arasında imzalanıb.
Qeyd edilir ki, 2023-cü ildə iki turist “Soyuz BS” gəmisində Beynəlxalq Kosmik Stansiyasına uçacaq.
Turistlərin adları hələ açıqlanmır