ABŞ hökuməti Alyaskada yerləşən Milli neft qoruğunun (National Petroleum Reserve in Alaska, NPR-A) ərazisində neft hasil etməyə icazə verməyi planlaşdırır.
Unikal.org Amerika torpaqlarının idarəedilməsinə cavabdeh olan DİN-nin saytına istinadən xəbər verir ki, bu yolla da ABŞ təbii yanacağın hasilatını artırmaq istəyir.
Qurum qoruğun ərazisinin 82%-ində neft əldə edilməsinə icazə vermək niyyətindədir.
Amerika hökumətinin hesablamalarına əsasən, NPR-A-nın ərazisində 8,7 milyard barel xam neft və 700 milyard m3 təbii qaz var. Qoruğun ərazisində xammalın əldə edilməsi ABŞ-da yanacaq hasilatını 20 il ərzində gündə 500 min barelə qədər artırmağa imkan verəcək.