Futbo üzrə Qazaxıstan çempionatının bərpa olunacağı vaxt açıqlanıb.
Unikal.org xəbər verir ki, mövsüm iyulun 1-də bərpa olunacaq.
Bu barədə Qazaxıstan Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Çempionatın bərpası üçün təlimat hazırlanıb. Bütün oyunlar azarkeşsiz keçiriləcək və stadiondakı işçilər məhdud sayda olacaq.
Qeyd edək ki, Qazaxıstan çempionatı martın 16-da koronavirus pandemiyasına görə dayandırılıb.