Türkiyədə Konyanın Yunak rayonu ərazisindəki Birimler yol qovşağında baş verən yol-nəqliyyat hadisəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

Unikal.org xəbər verir ki qəza tarlada çalışan işçiləri daşıyan mikroavtobusla ağır tonnajlı yük maşınının toqquşması nəticəsində baş verib. Yük maşını zərbənin təsirindən aşıb. Bildirilir ki, aralarında qadın və uşaqların da olduğu yaralılar Yunak İzzet Baysal adına dövlət xəstəxanasına daşınıblar. Ölənlərin sayının artacağ ehtimal olunur.