Braziliya Prezidenti Jair Bolsonaru koronavirusu simptomsuz şəkildə keçirmiş ola biləcəyini açıqlayıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Braziliya prezidenti etiraf edib ki, COVID-19-a yoluxub-yoluxmadığını bilmir.
“Bəziləri hesab edir ki, məndə koronavirus olub. Mən heç nə hiss etməmişəm, bilmirəm. Bəlkə, məndə anticisim olub-olmadığını yoxlamaq üçün daha bir test etdirdim”, - deyə J.Bolsonaru bildirib.