Almaniyada son sutkada yeni növ koronavirusa (COVID-19) 687 yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb. Bununla da ölkədə indiyədək koronavirus infeksiyasına yoluxanların ümumi sayı 193243 nəfərə çatıb.

Almaniyada son 24 saat ərzində 6 nəfər koronavirusdan vəfat edib ki, bununla da bu günə qədər infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 8954-ə çatıb.  İndiyədək xəstəlikdən 177500 nəfər sağalıb.