Amerika prezidenti Donald Tramp, ölkədəki abidə və heykəlləri qorumaq haqqında qərarnamə imzalyıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Minnesota əyalətidə amerikalı zənci Corc Floydun öldürülməsindən sonra başlayan etiraz aksiyalarında bəzi abidə və heykəllərin dağıdılmasına qarşı prezident qərarnamə imzalayıb. Qərarnamənin ardından prezident sərt çıxış edib. O bildirib ki, ölkəyə qarşı edilən bu qanunsuz hərəkətlərin nəticəsi uzun müddətli həbslər olacaq. Artıq abidləri qorumaq üçün Beynəlxalq Mühafizə Sistemi gücləndirilmiş iş rejimində işləyir.
Qeyd edək ki, Federal Təhqiqat Bürosu abidələrə ziyan vurmaqda günahlandırırlan 15 nəfərin axtarışında olduğunu bildirib.