Dünyada ümumilikdə 9 909 965 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, virusa yoluxan 496 991 xəstə ölüb, 5 360 766 nəfər sağalıb. Qitələr arasında koronavirusa ən çox yoluxma (2 976 481 nəfər) Şimali Amerikada, ölkələr arasında ABŞ-da (2 552 956 nəfər) müşahidə edilir.

Azərbaycan bu siyahıda 15 369 yoluxma sayı ilə 58-cidir. Ölkəmizdə koronavirusa yoluxanların 8 364 nəfəri sağalıb, 187 nəfəri vəfat edib.