İranın Kirman əyalətində 4,3 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 12:18-də Kirman əyalətinin Həcdək bölgəsində qeydə alınıb. Zəlzələ ocağı 6 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.