Hindistanda 16 yaşlı məşhur “Tik-Tok” bloqeri Siya Kakkar ölüb.

Unikal.org xarici KIV-ə istinadən xəbər verir ki, Siyanın ölüm xəbərini onun meneceri Arcuna Sarina verib, lakin ölüm səbəbi isə hələlik açıqlanmayıb. S.Kakkar qısa komediya səhnələri və populyar memləri ilə məşhurluq qazanıb. 2016-cı ildə o vaxt cəmi 12 yaşı olan qızın videoçarxları 120 milyondan çox izlənmə sayı toplayıb.