ABŞ-da ötən sutka ərzində yeni növ koronavirusa rekord sayda yoluxma qeydə alınıb.
Unikal.org TASS"a istinadən xəbər verir ki, ötən sutka ölkədə 40 870 nəfər koronavirusa yoluxub, yoluxanların ümumi sayı 2,47 milyon nəfəri ötüb.
Bu həftə ən çox yoluxma halları Aydaho, Alabama, Arizona, Vayominq, Corciya, Kaliforniya, Missisipi, Missuri, Nevada, Oklahoma, Tennesi, Texas, Florida və Cənubi Karolina ştatlarında qeydə alınıb. Adıçəkilən ştatlardan bəzilərində yoluxma hallarının sayı daha əvvəl tətbiq edilən məhdudiyyətlərin ləğv edilməsindən sonra artıb.
Xatırladaq ki, ötən gün ABŞ vitse-prezidenti Maykl Pens bildirib ki, ölkənin 16 ştatında koronavirusa yoluxma hallarında artım müşahidə edilib, 34 ştatda isə vəziyyət stabilləşib.