Amerikanın məşhur New York Times qəzeti gündəmi alt-üst edən bir iddia irəli sürdü.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Talibana Əfqanıstanda Amerika əsgərlərini öldürməsi üçün mükafat verib. Rusiya isə sözü gedən iddianı yalanlayıb.
Rusiya prezidenti Vladimir Putinin mətbuat müşaviri Dmitri Peskov Kremlin hansısa bir günahlandırma ilə qarşılaşmadığını elan edib. Bundan əlavə Talibanın müşaviri Zabihullah Mucahid isə Talibanın heç bir kəşfiyyat xidməti ilə bağlantısı olmadığını bildirib.
Qeyd edək ki, 2019-cu ildə Əfqanıstanda 20 amerikalı əsgər həyatını itirib.