İranda səhiyyə nazirinin müavini İrəç Hərirçi hər 33 saniyədə bir iranlının koronavirusa yoluxduğunu və hər 13 dəqiqədə bir iranlının isə öldüyünü bildirib. 


Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, nazir müavini təşkil olunan video konfransda sosial məsafənin qorunmasının 82 faiz, maskadan istifadənin isə  85 faiz koronavirusa yoluxmanın qarşısını aldığını deyib.