Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 309 nəfər yoluxub.
Unikal.org xəbər verir ki, bunu brifinq zamanı ölkənin Səhiyyə nazirinin müavini Mademin Karatayev deyib. Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 513 nəfərə çatıb.
Nazir müavini qeyd edib ki, ötən gün koronavirusdan 3 nəfər ölüb, 50 nəfər sağalıb, ölənlərin ümumi sayı 46 nəfər, sağalananların ümumi sayı isə 2 212 nəfərdir.