“Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq bəzi iri şirkətlər reklam yerləşdirməkdən imtina etdikləri üçün bir gündə 7,2 milyard dollar itirib.
Unikal.org xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazır.
Ötən gün “Unilever” şirkəti “Facebook”un bütün məhsullarında cari il reklam yerləşdirməyəcəyini elan etdikdən sonra sosial şəbəkənin səhmləri 8,3 faiz düşüb.
Bir neçə gün öncə isə “Coca-Cola” şirkəti irqçiliyə görə bütün sosial şəbəkələrdə ən azı bir ay müddətinə reklam yerləşdirməkdən imtina edib. Bu müddətdə şirkət özünün reklam siyasətini bir daha nəzərdən keçirməyi planlaşdırır.