Əfqanıstan hökuməti “Taliban” hərəkatının üzvü olan 3895 nəfəri həbsdən azad edib.
Unikal.org “TOLOnews”a istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin nümayəndəsi Sedik Sedikki məlumat verib.
Bundan sonra isə “Taliban”ın nümayəndəsi Süheyl Şahin bildirib ki, hərəkat Əfqanıstan təhlükəsizlik qüvvələrinin Bədahşan əyalətindəki 34 üzvünü sərbəst buraxıb.
Xatırladaq ki, fevralın 29-da Qətərin paytaxtı Dohada ABŞ və “Taliban” arasında sülh sazişi imzalanıb. Sülh sazişində yer alan bəndlərdən biri də Əfqanıstanda hakimiyyət uğrunda mübarizədə əsir düşən vətəndaşların azad edilməsi ilə bağlı idi.