Rusiya və Türkiyə iki ölkə arasında uçuşların və turist axınının bərpa edilməsi barədə müzakirələr aparıb. 

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov məlumat verib. 

Onun sözlərinə görə, bu istiqamətdə iki ölkənin aidiyyəti qurumları araşdırma aparır. Artıq təhlükəsiz turizmin sertifikatlaşdırılması üzrə xüsusi sistem hazırlanıb, hava limanlarında və turizm obyektlərində böyük işlər görülüb.