ABŞ-ın kosmik agentliyi NASA Günəşin son 10 il ərzində çəkilən şəkillərindən ibarət bir saatlıq videoçarx hazırlayıb.
Unikal.org xəbər verir ki, kadrlarda səma cisminin səthində baş verən dəyişiklikləri görmək olur.
Günəşin üzərində bəzən tünd epizodlar da müşahidə olunur. NASA mütəxəssisləri bildirirlər ki, həmin kadrlar çəkilən zaman Günəş dinamikasının observatoriyasının optikasını Yer və Ay tuturmuş.
Qeyd edilir ki, ötən illər ərzində mütəxəssislər Günəş haləsinin vəziyyətini əks etdirən 20 milyon giqabaytdan çox məlumat toplaya biliblər.