“Facebook” sosial şəbəkəsi Ukraynanın paytaxtı Kiyevin adının ingilis dilində yazılış qaydasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər naziri Dmitriy Kubela özünün “Facebook” hesabında məlumat verib.
Nazir bildirib ki, artıq sosial şəbəkənin alqoritmləri istifadəçilərə əvvəllər olduğu kimi "Kiev" deyil, "Kyiv" qeydini təklif edəcək.
Onun sözlərinə əsasən, köhnə paylaşımlar olduğu kimi qalacaq, dəyişiklik yalnız yeni qeydlərə şamil ediləcək.