Britaniyada son sutka ərzində koronavirusdan 100 nəfər vəfat edib.

Unikal.org-un xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 43514-ə çatıb.

Ölkədə son sutkada 890 yeni yoluxma qeydə alınıb ki, bununla da Britaniyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 310250-yə çatıb.