Qırğızıstanda Prezident Aparatının daha 15 əməkdaşı COVID-19-a yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bununla da Prezident Aparatının koronavirusa yoluxan əməkdaşlarının sayı 26-ya çatıb.
Onların arasında baş nazirin müşavirlərindən biri Artyom Novikov və Prezident Aparatının rəhbəri Dosalı Esenaliyev də var