Nyu-Yorkun məşhur loqotipinin və “New York Magazine” jurnalının təsisçisi amerikalı qrafik dizayner Milton Qleyzer anadan olduğu gün dünyasını dəyişib.
Unikal.org “The New York Times”a istinadla xəbər verir ki, 91 yaşlı dizayner insultdan ölüb.
Qleyzer 1977-ci ildə Nyu-Yorkda turizmin inkişaf etdirilməsi proqramı çərçivəsində “I Love New York” (“Mən Nyu-Yorku sevirəm”) loqotipini hazırlamışdı. Simvol “I” və “NY” hərfləri və onların arasında yerləşərək “sevirəm” sözünü əvəz edən qırmızı ürəkdən ibarətdir.
Onun bu işi tarixə düşərək, Amerika pop-mədəniyyətinin bir hissəsinə və Nyu-Yorkun tanıtım simvoluna çevrilmişdi.