Türkiyəli müğənni İbrahim Tatlıses və “məni təhdid edir” deyərək barəsində iddia qaldırdığı oğlu Ahmet Tatlı barışıb.
Unikal.org xəbər verir ki, bu barədə “Hürriyet” yazıb.
Ata-oğul Türkiyənin “Kanal D” televiziyasında yayımlanan “İkinci səhifə” proqramında üz-üzə gəlib.
“Ahmet mənim oğlumdur, göz bəbəyimdir. Ahmet aslanın aslanıdır”, -deyən İ.Tatlıses oğlu ilə aralarında problem qalmadığını göstərib.
Xatırladaq ki, ata ilə oğul arasında daşınmaz əmlak üstündə problem yaşandığı açıqlanmışdı.