ABŞ-da Donald Trampın yenidən prezident seçilməyinə mane olmaq üçün yeni kompaniyaya başlanılıb.
Unikal.org xarici KİV-ə istinadla xəbər verir ki, bu məqsədlə Demokratik Partiyanı dəstəkləyən fəallar və təşkilatlar “Tvitlə qələbə çalmaq” siyasi komitəsini təsis ediblər.
Təşəbbüsün müəllifi Ksander Şultsun sözlərinə əsasən, istifadəçilər Trampın “Twitter”dəki hər postuna görə 10 sent ianə etməlidirlər. Toplanan vəsait afroamerikalılar tərəfindən yaradılmış və Respublikaçıların seçkilərdə qələbə qazanmaqlarına mane olmağı məqsəd qoyan 15 təşkilatı birləşdirən fonda ötürüləcək.
Şults qeyd edib ki, Tramp gün ərzində orta hesabla 30, ayda isə 900 tvit paylaşır. Ona görə də aktivistlər təşəbbüsə qoşulan hər kəsin ayda 45 dollara yaxın ianə edəcəyinə və beləliklə də, noyabra qədər 50 mln dollardan 100 mln dollara qədər vəsaitin yığılacağına ümid edirlər.