Koronavirus infeksiyasına qarşı vaksin hazırlamaq və xəstəliklə mübarizədə effektli dərmanlar hazırlamaq üçün 31 mlrd dollardan artıq vəsait toplamaq lazımdır.
Unikal.org xəbər verir ki, bu barədə “UN News” portalına Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adxan Qebreyesus bildirib.
ÜST-ün rəhbəri qeyd edib ki, COVID-19-la mübarizəyə vəsait toplamaq üçün “Global Citizen” beynəlxalq təşkilatı və Avropa Komissiyasının himayəsi altında böyük tədbir keçiriləcək. Məqsəd 31,4 mlrd dollar toplamaqdır.
Qebreyesusun sözlərinə əsasən, bu vəsait hər kəs tərəfindən əlçatan olacaq və ucuz vaksinin hazırlanmasını sürətləndirməyə, eləcə də diaqnostika və müalicənin daha effektli yollarını axtarmağa imkan verəcək.
Qeyd edilir ki, apreldən başlayaraq indiyədək artıq 3,4 mlrd dollar toplanıb.