Bu gün Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 082 nəfəri ötüb. Son sutkada Türkiyədə COVID-19-a 1 372 yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin sayı 195 833 nəfərə çatıb.
Nazirin sözlərinə görə, son bir gündə 1 984 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə təhlükəli infeksiyadan sağalanların sayı 169 182 nəfərə yüksəlib.
Son sutkada COVID-19-la bağlı 45 213 test aparılıb. Hazırda koronavirus testlərinin ümumi sayı 3 231 835-dir.