Serbiyada 227 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Unikal.org xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 13 792 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, 267 nəfər vəfat edib.
Serbiyada son zamanlar infeksiyaya yoluxanların sayı 100 nəfəri ötmürdü.