Türkiyədə bir ailədən beş nəfəri qətlə yetirən terrorçu Diyarbəkir vilayətində ələ keçirilib.
Unikal.org -un xəbərinə görə, bu barədə Diyarbəkir Baş Prokurorluğundan məlumat yayılıb.
PKK-lı terrorçu Mehmet Eliaçık 2016-cı ildən axtarışda olub.
Qedy edək ki, terrorçu 10 avqust 2016-cı ildə partlayıcı quraşdırılmış avtomobillə terror aktı törədib. Nəticədə bir ailədən 5 nəfərin şəhid olması ilə yanaşı, aralarında polisin də olduğu 12 nəfər yaralanıb.