Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı on milyonu ötüb. 

Unikal.org "worldometers" onlayn statistikasına istinadən xəbər verir ki, hazırda (xəbər yazılan anda) dünyada bu infeksiya daşıyıcılarının sayı 10 000 051 nəfərdir. 

Koronavirus qurbanlarının ümumi sayı isə 498 952-dir.

Yoluxanların sayına görə hazırda ABŞ liderdir. Bu ölkədə 2 577 526 nəfər koronavirus daşıyıcısı qeydə alınıb. Sonrakı yerləri isə Braziliya və Rusiya bölüşür. 

Koronavirusdan indiyə qədər müalicə alıb sağalanların sayı isə 5 414 646 nəfərdir.