ABŞ-ın sabiq vitse-prezidenti Cozef Bayden səhvə yol verərək Amerikada COVID-19-dan 120 milyon insanın öldüyünü bildirib.
Unikal.org xarici KİV-ə istinadla xəbər verir ki, Bayden belə bir xətaya Pensilvaniyada koronavirus pandemiyası ilə bağlı çıxışı zamanı yol verib.
“İndi hər şey çox mürəkkəbdir və bu, təkcə səhiyyə sisteminə aid deyil. İnsanlar işsizdirlər, onlar hara gedəcəklərini, nə edəcəklərini bilmirlər. Hazırda isə bizdə COVID-19-dan 120 milyon insan ölüb, - deyə Bayden bildirib.
ABŞ Prezidenti Donald Tramp isə bu kazusa dərhal reaksiya verib. O qeyd edib ki, dövlət başçısı postuna namizəd olan insan belə bir xətaya yol verməməlidir və Baydeni “cansıxıcı axmaq” adlandırıb.
“O, hər dəfə danışanda iki cümləni belə ardıcıl qoşub deyə bilmir... Mən o insanın ümumiyyətlə danışa bilməməyini nəzərdə tuturam”, - deyə Tramp bildirib.