ABŞ kəşfiyyat rəsmiləri, Rusiyanın Əfqanıstandakı Amerika əsgərlərini və koalisiya qüvvələrini öldürməsi üçün gizli şəkildə Talibanlı yaraqlılarla əlaqə yaratdıqlarını iddia edib.

Unikal.org
xarici KİV-ə istinadən xəbər verir ki,  Avropadakı sui-qəsd cəhdləri ilə əlaqəli olan Rusiya kəşfiyyat bölməsi, Taliban yaraqlılarına Əfqanıstandakı Amerika əsgərlərini öldürmək üçün pul təklif edib.  

Bəzi ABŞ rəsmiləri Rusiyanın, ABŞ və Taliban arasındakı sülh danışıqlarını pozmaq üçün belə bir addım atdığını qiymətləndirib.  

Qeyd edək ki, Taliban yaraqlılarına pul təklif edən Rusiya hərbi kəşfiyyat bölməsi, İngiltərənin Salisbury şəhərində ikiqat agent Serrgey Skripal və qızı Yuliyanı zəhərləməkdə də günahlandırılıb.