ABŞ-da doktorant tələbəsi olan Lisa Piccirillo, 50 ildir həll edilə bilməyən riyazi məsələni həll edərək tarixə düşüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı gənc, bu məsələninin üzərində cəmi bir həftə işləyərək həlli yolunu tapıb. Daha sonra universitet müəllimləri ilə bölüşən Lisa, məsələnin həlli ilə adını tarixə yaza bilib. Uzun illərdir, "Convay" adını almış məsələni bir çox elm adamları həll etməyə çalışsa da buna nail ola bilməyiblər.
Qeyd edək ki, məsələ ilk dəfə 1970-ci ildə İngilis riyaziyyatçısı John Horton Convay tərəfindən elmə gətirilib.