İranda Səhiyyə Nazirliyinin müəyyənləşdirdiyi ictimai yerlərdə və qapalı məkanlarda tibbi maskadan istifadə zəruridir.
Unikal.org xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə Milli Komitəsinin iclasında deyib.
Ruhani qeyd edib ki, izdihamın olduğu yerlərdə maska taxmaq vacibdir. Onun sözlərinə görə, iyulun 5-dən 21-dək tibbi maskadan istifadə məcburi olacaq. Lazım gələrsə, bu müddət uzadılacaq.