“Yuventus”n qapıçısı Canluici Buffonun meneceri Silvino Martina açıqlama verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, menecer, 42 yaşlı qapıçının gələcək karyerası və ölkədə onun xələfi ola biləcək qolkiperlərlə bağlı danışıb:
“Napoli”nin qapıçısı Aleks Meret və “Cenoa”nın qolkiperi Mattia Perin İtaliyadakı ən yaxşı iki qapıçıdır. Buffonla Meret haqqında danışanda, mənə onun gələcəkdə İtaliyanın ən yaxşı qapıçısı olacağını bildirdi. Təbii ki, Canluici Donnarummanı da unutmaq olmaz.
Buffon 43 yaşına qədər oynamağı planlaşdırır. Məncə, o, mütləq məşqçi olmalıdır. Futbolu anlayır və futbolçuları idarə etmək bacarığına sahibdir. Buffon gələcəkdə “Yuventus”u çalışdıra bilər. Onunla digər qapıçılar arasındakı fərq hər şeyi asanlaşdırmasıdır”.