"Gürcüstanda hakimiyyət dəyişəndən sonra, ölkə məhkəməsinə hakimləri xaricdən gətirəcəyəm".
Unikal.org xəbər verir ki, bu sözləri ölkənin eks-prezident Mixeil Saakaşvili deyib.
O bildirib ki, bu kimi praktika artıq inkişaf etmiş ölkələrdə var və çox yaxşı effekt verib:
“Gürcüstana xaricdən hakimlər gətirmək lazımdır, çünki onlar rüşvətə qarşı gələcəklər və qısa müddət ərzində məhkəmə sistemini düzəldəcəklər. Bundan sonra isə bu, ənənə halına düşəcək. İnanıram ki, daha sonra gürcülər də bu ənənəni yaşadacaqlar. Bu, bir sıra ölkələrdə də baş verib və effektli olub. Məhkəmə və prokurorluğun bu köhnə nəzarəti sona çatmalıdır. Mən bu cür məhkəmənin qurbanıyam və heç vaxt bunun təkrarlanmasına imkan vermərəm. Dövrümüzdə olan eyni məhkəmə və hakimlər indi bizi qovalayırlar, buna görə biz bundan bir dərs aldıq", - deyə Saakaşvili bildirib.